Məsafədən məktəb

Switch to desktop Register Login

 Dünyada qloballaşma prosesi getdikcə  müəyyən sahələrə də öz təsirini göstərir. Xüsusilə informasiya texnologiyalarının insanların və digər sahələrdəki təsiri çox güclüdür. Bütün bununla yanaşı təhsildə də müasir texnologiyaların təsiri danılmaz faktdır. Bu baxımdan distant təhsili nümunə göstərmək olar.

Ümumiyyətlə, distant təhsil anlayışı dünyada geniş miqyasda yayılsa da Azərbaycanda hələ ki, geniş yayılmayıb. Distant təhsilin əsas xüsusiyyətlərindən bir də budur ki, xaricə getmədən xarici universitetlərin diplomunu  əldə edə bilərsiz. Siz bu təhsil vasitəsilə həm bakalavr təhsili, həm də magistr təhsili alabilərsiniz.Distant təhsil dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrində tətbiq olunur. İlk öncə Distant təhsil nədir anlayışına aydınlıq gətirək

Distant Təhsil Nədir?

Distant təhsilə bəzən qiyabi təhsil də deyirlər. Əslində qiyabi təhsillə Distant təhsilin oxşar cəhətləri vardır, amma fərqlidirlər. Qiyabi təhsildən fərqli olaraq Distant təhsil internet vasitəsilə keçirilir. İnformasiya texnologiyalarının təhsildə ən mühüm əhəmiyyətlərindən biri də budur. Distant təhsili harda olmağınızdan asılı olmayaraq oxuya bilərsiniz. Sizə sadəcə  sürətli internet lazımdır ki, Distant təhsil ala biləsiniz. Siz Distant təhsil vasitəsilə Böyük Britaniya universitetlərində təhsil ala bilərsiniz. Dərslər sizə verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir.

Distant Təhsilin üstünlükləri

Dünyada geniş yayılmış Distant Təhsil ölkəmizdə hələ də maraq dairəsində deyil. Bunu səbəbi insanların bu haqda məlumatlarının olmamasıdır. Əslində bu təhsilin bir çox üstünlükləri vardır:

  • Evdə oturaraq xarici universitetlərdə təhsil almaq
  • Həm oxuyub, həm də işləmək imkanı
  • Daha əlverişli və sərfəli təhsil
  • Sərbəst təhsil alma sistemi
  • Ödənişin kredit sistemi ilə ödəmə şansı
  • İşdən sonra və evdə oxuma imkanı

 Hansı ixtisaslar da təhsil ala bilərəm?

Distant təhsildə müəyyən ixtisaslar var ki, onlarda təhsil ala bilərsiniz. İxtisaslar sırasında iqtisadiyyat sahəsi xüsusilə seçilir. İqtisadiyyatın demək olar ki, bütün sahələrində Distant təhsil almaq mümkündür. Bundan başqa İnformasiya texologiyaları sahısində də təhsil almaq mümkündür.Aşağıda bir neçə ixtisasa nəzər yetirək:

  • MBA (HR Management)
  • MBA (Project Management)
  • Certificate in HR Management
  • MBA (Law)
  • MSc Information Technology
  • MSc International Hospitality Management
  • MSc Telecommunications
  • BA (Hons) Accounting and Financial Management

Xəzər və Qafqaz Universitetlərinin tələbələrinə imtahansız qəbul

Xaricdə Distant təhsil almaq üçün əsas şərtlərdən bir də  IELTS və yaxud da  TOEFL imtahanı tələb olunur. Bu imtahanlardan keçməyən şəxslər bu təhsili ala bilməzlər Böyük Britaniya universitetlərində. Amma Xəzər və Qafqaz universitetlərinin tələbələrinə xoş xəbər. Onlar bu imtahanı vermədən də Distant təhsil ala bilərlər Britanyada.

   Amma həmin universitetlərdə tədrisləri ingilis dilində olan tələbələr üçün nəzərdə tutulub. Belə ki,bu iki universitetdə tədris ingilis dilində olduğundan, tələbələr ingilis dilində sərbəst danışdığından, həm də Azərbaycanda reytinqli universitetlər olduğundan bu universitetləri imtahansız qəbul edirlər.

Другие материалы в этой категории: « Azərbaycan dili fənni üzrə açıq dərs keçirildi

Оставить комментарий

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.