Məsafədən məktəb

Switch to desktop Register Login

13 Апр

Şəxsiyyət nəzəriyyələri

   Şəxsiyyət haqqında bir sıra nəzəriyyələr vardır. Bu nəzəriyyələri fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, bunların heç də hamısı bir başa şəxsiyyətin psixo¬loji mahiyyətini müəyyənləşdirməyə yönəldilməyib.


       Psixoanalitik Z.Freyd qeyd edir ki, şəxsiyyət bir sistem kimi inkişafının konkret hərəkətverici mexa¬nizmlərinə malikdir. O, şəxsiyyətin strukturunu müəyyənləşdirib. Freydə görə 3 instansiya əsas yer tutur: 1) id (o), 2) eqo (mən), 3) super eqo (super mən). Freyd belə hesab edirdi ki, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi, hər şeydən əvvəl, libido, cinsi enerjidir. Freydin fikrincə, həyata keçirilməyən arzular nevroz yaradır. O qeyd edir ki, insana heç vaxt ağıldan bəla gəlmir, bəla arzudan gəlir. Arzuların çoxluğu patologiya yaradır. Arzu və onun ödənilməməsi arasındakı uyğunsuzluq insanın xəstələnməsinə səbəb olur. Bütün bunları əsas götürən Freydin fikrincə, şəxsiyyətin formalaşmasında həmin tələbatların ödənilməsi şəxsiyyətin normal inkişafını təmin edir. Həmçinin o qeyd edirdi ki, qorxunu qorxu ilə müalicə etmək olar.
Şəxsiyyət haqqında digər nəzəriyyə Pavlovun nəzəriyyəsidir. Bu nəzəriyyədə biogen, psixogen və sosiogen elementlərin sintezinin yaradılmasına cəhd edilir.
Rus sosioloqu İ.Kon belə hesab edir ki, şəxsiyyət anlayışı çoxmənalıdır. Bir tərəfdən o, fəaliyyət subyekti kimi konkret fərdi, onun fərdi xüsusiyyətləri (təkcə) ilə sosial rollarını (ümumi) vəhdəti ilə birlikdə göstərir. Digər tərəfdən şəxsiyyət fərdin sosial xüsusiyyəti kimi, onda cəmlənmiş sosial əhəmiyyət daşıyan müəyyən şəxsin başqa adamlarla vasitəsiz və vasitəli qarşılıqlı təsiri prosesində yaranmış və öz növbəsində, onu əmək, idrak və ünsiyyət subyekti edən xüsusiyyətlərin toplusu kimi başa düşülür. 
Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər vardır. Ona görə də insanların uyğun, oxşar sosial əlamətlərinə görə qruplara ayırmaq olar ki, bunu da adətən şəxsiyyət tipləri adlandırırlar. Alman psixoloqu E.Şpanqer şəxsiyyətin 6 tipini nəzərdən keçirir: nəzəri tip (həqiqəti aşkara çıxarmağa meyllilik, tənqidi yanaşma), iqtisadi tip (faydaya meyllilik, praktiklik) estetik tip (dünyanın obrazlı qurulmasına meyllilik), sosial tip (insanlara sevgi), siyasi tip (hakimiyyətə meyllilik), dini tip (fövqəltəbiiliyə inam).
K.Xorni şəxsiyyətin 3 tipini qeyd edir: güzəştə gedən (insanlara istiqa¬mətlənmə), təcrid edilmiş (insanlardan), düşmən (insanlara qarşı).
K.Yunq əsas psixoloji tipləri 2 qismə ayırır: ekstravertlər və introvertlər.
E.Fromm şəxsiyyətin 5 tipini göstərir: reseptiv, istismarçı, yığıcı, bazar məhsuldar. 
Hələ keçən əsrin başlanğıcında məhşur italyan kriminalist – psixoloq Lombrozo qeyd edirdi ki, cəmiyyətdə cinayətkarlıq edən o adamlardır ki, onlarda cinayətkarlıq etmək irsidir, anadangəlmədir. Yəni əgər şəxs anadan¬gəlmə cinayətkardırsa, onda o cinayətə meyllidir və bu onda təzahür edib-etməməsindən asılı olmayaraq, onun mütləq cinayətkar olmasına dəlalət edir.
Amerikan psixoloqu Kartin Xorni (1885-1952) insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlıq hissini qoymuşdu. Onun fikrincə uşaq həmin hisslə doğulur. Doğulduğu gündən uşaq güclü səviyyədə narahatlıq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətinin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insan davranışının əsas motivasiyası hesab edir və onu “köklü həyəcan” adlandırır. Onun fikrincə “köklü həyəcan” insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.

Kurt Levinin fikrincə şəxsiyyətin hərəkətverici qüvvəsi təlabatlarla şərtlənir.
İnkişaf özünü 3 formada dönməzlik (ilk vəziyyətə qayıtmamaq) qanunauyğunluq və dyişkənliyi müəyyən istiqamətdə cərəyanı formasında büruzə verir və o köhnənin məhv olması, yeninin meydana gəlməsi kəmiyyət dəyişmələri-nin keyfiyyət dəyişmələrinə keçməsi, sadədən mürəkkəbə, asandan çətinə doğru spiral xətti boyunca hərəkətdən, yüksəlişdən ibarətdir (s.58).
Bu cür inkişafın əsasını ziddiyyətlərin mübarizəsi təşkil edir. Şəxsiyyətin onun fəallığının mənbəyi olan təlabatların ödənilməsi prosesində əmələ gələn, ziddiyətləri inkişaf etdirir və bu ziddiyətlər şəxsiyyətin inkşafının hərəkətverici mexanizmini təşkil edir.

Şəxsiyyətin sosial-psixoloji təhlili üçün tələbat sistemini bilməyin xüsusi əhəmiyyəti vardır.İnsan və onu əhatə edən mühit arasında daima mübarizə gedir. Tələbat şəxsiyyətin həyatının zəruri şərti kimi əşya və hadisələrə ehtiyac ilə səciyyələnən nisbətən davamlı psixi haldır.
İnsanda ictimailəşmiş blopoisi (maddi) və ictimai tələbatlar vardır.Bunlar əməyə, geyimə, yaşayış binasına, istirahətə, istehsala, ünsiyyətə, idraka və s.olan tələbatlardır.Amerika psixoloqu Erix Fromm ünsiyyət vasitəsilə təmin olunan beş xüsusi tələbat növünü qeyd edir:
1.İnsani əlaqələrə olan tələbat.Özünü real insan qruplarından birinə aid edə bilməyən, “mən”i olan “biz”i olmayan şəxs getdikcə kəskinləşən, artan, dərinləşən tənhalıq hissinə qapılır.
2.Özünütəsdiqə olan təlabat. Real insan qrupunun sadəcə bir üzvü olmaq insan üçün azlıq edir. O, “bizim”adlandırdığı qrupun tərkibində sadəcə bir ünsür olmaqla kifayətlənmir.İnsan yalnız özü üçün deyil, başqaları üçün heç olmasa bir insan qrupu –ailə üçün əhəmiyyətli, lazım olduğunu bilməlidir, əks təqdirdə o özü özündən narazı qalır, onu təmin oxunmamaq və ya çatışmazlıq hissi narahat edir.
3.Səmimiyyətə olan tələbat .İnsan özünü böyük, hətta tarixi bir şəxsiyyət saya bilər.Lakin o heç kimi sevmirsə və heç kimə hörməti yoxdursa və heç kimdən hörmət və səmimiyyət ümmursa və onu hiss etmirsə, onda antipatiya hissi get-gedə həyata nifrət dərəcəsinə qədər arta bilər.
4.Özünüdərk etməyə olan tələbat. İnsan özünü əvəzsiz, təkrarı mümkün olmayan bir fərdiyyət kimi qavramalı və hiss etməlidir.Bu hissdən məhrum olmuş, onu itirmiş bir şəxs nüfuzlu, hörmətli şəxs olsa belə özünü bir avtomat, robot kimi qavrayır. Belə hallarda qeyri sərbəstlik hissi meydana çıxır ki, bu da partlayışla nəticələnə bilər.İnsan onu sıxan, onun əl-qolunu baölayan, onu sadə bir detala çevirən mexanizmin təsirindən uzaqlaşmağa can atır. Bəzən o həmin mexanizmlə birlikdə özünü də məhv edir.
5.Pərəstiş obyektinə olan təlabat.Hər bir şəxs özünü bu və ya digər mədəniyyətə, ideologiyaya aid etməli, onunla özünü bağlı hiss etməlidir. İnsan nəyə isə inanmalı, nəyi isə inkar etməli, kimə isə nəyə isə pərəstiş ya da nifrət etməli və s. Belə olmasaydı həyat insana mənasız görünərdi.
Şəxsiyyətin tələbat sistemini ictimai münasibətlərin inkişaf səviyyəsindən və xarakterindən asılıdır, ictimai münasibələr öz hobbisində şəxsiyyətə oun yaşadığı konkret sosial mühüm vasitəsilə təsiridir.
Arxetiplər nəsildən –nəslə keçən, şəxsiyyət tərəfindən dərk edilməyən, lakin onun davranışına təsir edən müəyyən mədəniyyətlərin etnosların, nəsillərin müxtəlif lakin invariant obrazların mühakimələrin, davranış formasıdır.

Şəxsiyyət və onun inkişafının psixoanalitik istiqamətdə şərh edən cərəyanlardan biri yeni ferydizm cərəyanı olmuşdur.Bu cərəyanın tərəfdarları freydin konsepsiyasındakı biolojiləşmişdirsə ən`ənəsini sosiallaşdırma ilə əvəz etməyə cəhd göstərmişdir.Belə alimlərdən biri A.Adler (1870-1937) olmuşdur.
O, göstərmişdir ki, insanda ən əsas onun təbii instinktləri deyil, “birlik hissidir”. Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirməlidir.
Natamamlıq kompleksi. A.Adler şəxsiyyətin formalaşmasına təsir edən 3 mühüm münasibəti qeyd edir: başqa adamlara münasibət, əməyə münasibət, başqa cinsə münasibət.Adlerə görə şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və tendensiyalar aşağıdakılardır: 
a) Özünün gücsüzlüyünü hiss etmək;
b) Təkmilləşməyə və üstünlük əldə etməyə cəhd;
c) Birgəlik hissi və sosial hiss.
Onun fikrincə bu tendensiyalar anadangəlmə deyildir, yəni uşaq doğularkən ona hazır şəkildə verilmir, o dünyaya gələrkən insan nitqinə qabillik onun anatomiyasında olduğu kimi, bu tendensiyalar üçün də potensial imkan olur.
İsveçrə psixoloqu Karl Yunq (1875 -196_) öz sistemini “anatomik psixologiya” adlandırmışdır. K.Yunqa görə insan psixikası özünə 3 səvviyəli daxil edir: şüur, şəxsi şüursuzluq və kollektiv şüursuzluq.Onun fikrincə insan şəxsittəyinin inkişafıənda həlledici rolu bəşəriyyətin keçmişindən qalmış hafizə izlərindən yaranan kollektiv şüursuzluq oynayır.O, insan şəxsiyyətinə təsir edir və anadan olduğu andan onun davranış tərzini müəyyənləşdirir.
Yunqa görə şəxsiyyətin strukturu aşağdakı 4 sistemdən yaranır. “Mən”, “maska”, “kölgə”,“ruh”.Onun fikrincə “maska” şəxsiyyətin sosial qabığını təşkil edir. O, “məni” boğa, azad şəkildə təzahür və inkişafına mane ola bilər. “Kölgə” şəxsiyyətin ümumi istiqaməinə qarşı dayanan alçaq həzzlərin məcmuyundan ibarətdir. “Ruh” isə ata və ya ananın şəxsi və kollektiv şüursuzluğunu özündə birləşdirən sürətinin daxilə köçürmüş analoqudur.
Psixoanalitiklərdən fərqli olaraq humanist psixologiya məktəbinə mənsub olan amerika psixoloqu Karl Rocers göstərmişdir ki, həta ən ilkin tələbat və cəhd insana o şəraitdə təsir göstərə bilər ki, onlar müvafiq normalara uyğun olsun.
Sosial psixoloji refleksiya
Rocersə görə tələbat müsbət qiymətləndirdikdə şəxsiyyətin inkişafı ilə yanaşı həmin tələbatlar daha da əsaslı olmağa başlayır və son nəticədə insan öz orqanizminin tələbatının ödənilməsidnən çox, başqa adamların onu bəyənməsinə və ona hörmət etməsinə ehtiyac duymağa başlayır. Hörmət əsasında özünə hörmət baş verir ki, bu da fərdin mühüm tələbatlarından birinə çevrilir.
Humanistik psixologiyanın bir nümayəndəsi də Qordon Olport (1897 -1967) olmuşdur.Onun fikrincə insan “açıq sistemdən” ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarala qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir.İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü isə ondan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemlərindən törəyən bir hadisə kimi baxır.Olporta görə şəxsiyyət münasibətlərin cəmi modelidir.
Humanistik psixologiyanın nümayəndələrindən biri də Abraham Maslou (1908 - 1970) olmuşdur.O, şəxsiyyətin tələbatlarının ierarxik quruluşunu vermişdir. Bununla əlaqədar o, insan tələbatlarının 4 səviyyəsini vermişdir. A.Maslouya görə şəxsiyyətin həmin tələbatları ierarxik piramidası kimi təsəvvür etmək olar.
Birinci, ən aşağı səviyyədə o,fizioloji tələbatları götürür. Buraya nəsli artırmaq tələbatlarını, qidaya olan tələbatı, daha doğrusu insan üçün təbii şəkildə xas olan tələbatları daxil edir. 
İkinci səviyyədə təhlükəsizliyə olan tələbatları səviyyəsi götürür.Burada ən çox nüfuzla bağlı təlabatlar olduğunu göstərən tələbatı nəzərdə tutulur. 
Üçüncüsü, yaradıcılıq tələbatları səviyyəsi götürülür.Burada ən çox maddi nemətlər yaratmaq tələbatı nəzərdə tutur.
Dördüncü isə özünüaktuallaşdırma tələbatı səviyyəsidir.Bu cür tələbat insanı öz gücündən imkanlarından maksimum istifadə etməyə yönəldir.
Klinik nəzəriyyə
Yeni freydizmin başqa bir nümayəndəsi Salliven (1892-1949) əsasən Xorninin istiqamətini qəbul etmişdir. Onun fikrincə psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır.Solliven şəxsiyyətin inkişafının mexanizminin aşağıdakı şəkildə nəzərdə tutur.
1. İncəliyə, əzizləməyə tələbat,
2. Həyəcandan qaçmaq cəhdi.
Solliven belə hesab edir ki, uşaq doğularkən hər iki mexanizm mövcud olur və onlar şəxsiyyətin inkişafı mexanizmini təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima onu təmin etməyən və həyəab doğuran hallarla rastlaşır. Məhz xarici aləmlə həmin mübarizədə başqa sözlər, narahatlıqla mübarizədə insan şəxsiyyəti formalaşır.Solliven bunu “mən -sistem” adlandırır. O, göstərir ki, mən-sistem daha doğrusu şəxsiyyət, birinci şüursuzluq səviyyəsində narahatlıqla mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün müxtəlif vasitələri tapma prosesində inkişaf edir. Mən sistem uşağı yeniyetməni, sonradan isə yaşlı adamları əvvəlcə ananın, sonra isə başqa adamların, məsələn, iş yerindəki həmkarlarının köməyinə çatmağa məcbur edir.Beləliklə sollivenə görə formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə başlayır. (səh 36-ya bax)
Rus psixoloqu A.R.Kavalyov şəxsiyyətin strukturunda dörd əsas tərkib hissəsi ayırır.Birinci komponent şəxsiyyəti nəə yönəltmişdir? Sualı ilə bağlı olub olub, onun istiqamətini xarakterizə edir.
Şəxsiyyətin istiqamətini dedikdə onun ətraf aləmə seçici münasibəti başa düşülür. Buraya müxtəlif xassələr, qarşılıqlı tərifdə olan tələbatlar və maraqlar, praktik və ideya ustanovkaları sistemi daxildir.
İkinci komponent şəxsiyyət nəyi bacarır? Sualı ilə bağlıdır və onun imkanlarını əhatə edir. Buraya fəaliyyətin müvəffəqiyyəti icrasını təmin edən qabiliyyətlər sistemi daxildir.
Üçüncü komponent –xarakter və ya insanın sosail mühitdə davranış tərzini ifadə edir.Xarakter sistemində əxlaqi və iradi keyfiyyətlərə ayırırlar.
Dördüncü komponent idarəetmə sistemi adlanır, adətən onu “Mən” anlayışı ilə işarə edirlər. Bu tərkib hissə şəxsiyyətin özünütənzimini həyata keçirir.

Другие материалы в этой категории: Xarakterin təyin olunması »
Авторизуйтесь, чтобы получить возможность оставлять комментарии
FaLang translation system by Faboba